25.02.2026, 12:21
AZ EN
25.02.2026, 07:14 229

Keçmiş məcburi köçkün: "63 yaşımda doğma yurduma qayıtdığım üçün çox xoşbəxtəm"

XƏBƏRLƏR
  • Otuz ildən çoxdur didərgin həyatı yaşayırdıq. Yoldaşım və uşaqlarımla məcburi köçkün kimi kənddən çıxmışdıq. İndi uşaqlarım böyüyüb, ailə qurublar. Bu gün kəndə qızım və nəvələrimlə birlikdə qayıdıram.

Bu sözləri açıqlamasında Cəbrayıl rayonunun Horovlu kəndinə köçən keçmiş məcburi köçkün Məhluqə İsmayılova söyləyib.

O, 63 yaşında doğma yurduna qayıtdığı üçün özünü çox xoşbəxt hiss etdiyini bildirib: "Məcburi köçkünlükdən əvvəlki həyatımız çox gözəl idi. Sonrakı illər isə çox ağır keçdi. Çadırlarda, qəsəbələrdə, müvəqqəti yaşayış yerlərində yaşamışıq. Yağış yağanda dam örtüyündən su axırdı, hara çəkiləcəyimizi bilmirdik. Çətin, əziyyətli günlər idi.

Bu gün isə şükür edirəm ki, doğma yurduma qayıdıram. Buna görə dövlətimizə minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində torpaqlarımız azaddır". (AZƏRTAC)

Oxşar xəbərlər