22.12.2024, 18:26
AZ EN
03.12.2024, 11:38 235

AMEA-nın vitse-prezidenti: Şuşada 29 ölkədən 200-dən artıq nümayəndə heyəti var

XƏBƏRLƏR
  • Şuşada 29 ölkədən 200-dən artıq nümayəndə heyəti var. Tədbirlər yüksək səviyyədə gedir.

Bu sözləri Azərbaycan Milli Elmləri Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev "Gənclər Paytaxtı" Şuşa şəhərində təşkil olunan İslam Ölkələrinin Gənc Alimlərinin Forumu barədə danışarkən deyib.

“Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamasını xatırladan qurum nümayəndəsi bildirib:

"Şuşada təşkil olunan tədbir barədə yalnız xoş sözlər demək olar. Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində bu tədbirin keçirilməsi qürurverici məqamdır. Çünki bu torpaq Qarabağ bölgəsinin mirvarisi, Azərbaycan mədəniyyətinin paytaxtıdır. Bir neçə istiqamət üzrə gedən tədbirlərdə islam dünyasından olan gənclər, gənc alimlər, gənc istedadlar aktiv iştirak edirlər. Şuşada 29 ölkədən 200-dən artıq nümayəndə heyəti var.Tədbirlər yüksək səviyyədə gedir.”

Qeyd edək ki, İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi dekabrın 4-də Şuşa şəhərində reallaşacaq. (Trend)

Oxşar xəbərlər