25.04.2025, 06:25
AZ EN
01.04.2025, 09:30 62

Bu gün qəhrəman şəhidimiz polkovnik-leytenant Sədi Musayevin doğum günüdür

XƏBƏRLƏR
  • Yağmalanmaqdan, parçalanmaqdan yorulmuşdu Qarabağ torpaqları. 30 illik həsrətin ağrı-acısını çəkən bir xalqın hər bir nümayəndəsi Qarabağı əsarətdən qurtarmağın xəyalı ilə yaşadı. Kimi bunu xəyal etdi, kimi isə ömrünü o əsarəti sona çatdırmaq üçün fəda etdi. Xəyal edən bizlər, canından, qanından keçənlər isə qazilər və şəhidlər oldu. Onlar müqəddəs sevgilərindən azadlıq dastanı yazdılar. O dastanı yazan qəhrəmanlardan biri də Musayev Sədi Süleyman oğludur.

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Sədi Süleyman oğlu Musayev 1978-ci il aprelin 1-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1993-1996-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1996-2000-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Sədi Musayev göstərdiyi xidmətlərə görə ardıcıl olaraq 2005-ci ildə "kapitan", 2014-cü ildə "mayor", 2019-cu ildə isə "polkovnik-leytenant" rütbəsinə yüksəlib. 2016-cı ilin "Aprel" döyüşlərinin də fəal iştirakçılarından biri olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 28 sentyabr tarixində Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Sədi Musayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər