Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.
“Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün tarixi imkanı var. Xarici işlər naziri Annalena Berbok erməni həmkarı Ararat Mirzoyan ilə söhbətində Almaniyanın sülh prosesinə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb”, - bəyanatında bildirilib.
Almaniya XİN-dən vurğulanıb ki, dialoqun davam etdirilməsi indi son dərəcə vacibdir. (Report)