Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, xarici işlər naziri Sergey Lavrov İrandakı səfirliyimizə silahlı hücumu qətiyyətlə pisləyib, səfirliyin qətlə yetirilən əməkdaşının ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb. Cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.
Nazir Ceyhun Bayramov həmkarına zəng və başsağlığına görə təşəkkür edib. Xain terror hücumu nazir tərəfindən qınanıb. Sözügedən terror aktını törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasının qətiyyətlə tələb edildiyi diqqətə çatdırılıb. (AZƏRTAC)