20.09.2024, 09:36
AZ EN
26.08.2024, 16:39 119

Məntəqə sədri: Şuşada seçki fəallığı çox yüksək olacaq

XƏBƏRLƏR
  • 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsinin 47 saylı Seçki Məntəqəsi yeni yaranıb, əziz şuşalılar ilk dəfə gəlib burada səs verəcəklər. Yeni yaradılan bu məntəqədə seçki fəallığı çox yüksək olacaq.

Bunu açıqlamasında 124 saylı Şuşa-Ağdam- Xocavənd Seçki Dairəsinin 47 saylı Seçki Məntəqəsinin sədri Eldar Salahov deyib.

O bildirib ki, şuşalılar hər zaman seçkidə fəal iştirak ediblər:

"Burada ilk dəfə səs verəcək gənclərimiz olacaq, yaşlılarımız seçkiyə gələcək. Allah Ali Baş Komandanımız İlham Əliyevə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin ki, biz bu gün Şuşadayıq, doğma torpaqlarımızdayıq".

Qeyd edək ki, yeni yaradılan 47 saylı məntəqədə 899 seçici səs verəcək. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR