19.10.2024, 17:19
AZ EN
20.12.2022, 16:00 294

Fuad Muradov: Azərbaycan torpaqlarının 30 illik işğalı sona çatsa da, onun ağır fəsadları hələ də qalmaqdadır

XƏBƏRLƏR
  • Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 30 illik işğalı sona çatsa da, onun ağır fəsadları hələ də qalmaqdadır.

Bunu bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, müharibə bitsə də, Ermənistan hərbi təxribatlarını davam etdirir.

"Azərbaycan əsgəri Azərbaycan-Ermənistan sərhədi boyunca öz torpaqlarındadır. Azərbaycan Zəngəzur dəhlizinin işə düşməsini bu gün də dəstəkləyir. Dəhlizin açılması Türk dünyası üçün faydalı olacaq”, - deyə o əlavə edib.

Oxşar xəbərlər