Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç bildirib.
O qeyd edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının həmrəyliyi, qəhrəman Azərbaycan ordusunun gücü ilə Qarabağ zəfəri qazanıldı.
“Bu zəfər türk dünyasının qürur yeridir. Türk dünyası bu zəfər ilə daha da bütünləşdi və gücləndi. 44 gün davam edən Vətən müharibəsi nəticəsində qanla qazanılan bir zəfərdir. Minlərlə şəhidimiz, qazimiz 30 il işğal altında qalan Qarabağ torpaqlarının azad edilməsi üçün canlarını fəda etdilər”, - deyə sabiq səfir bildirib.
H.Kılıç həmçinin qeyd edib ki, bu, BMT-nin 4 qətnaməsini icra etməyən, görməzdən gələn Qərb üzərində qazanılan bir zəfərdir.
“Qarabağ zəfəri ilə regionda yeni reallıqlar yarandı. 44 günlük müharibədən sonra Azərbaycan ordusu daha da gücləndi və regionda bir güc halına gəldi. Bütün bu proseslərdə Azərbaycanın qardaşı Türkiyə hər zaman onun yanında oldu və olmağa da davam edəcək. Bu zəfər həm Türkiyəni Azərbaycanla daha da yaxınlaşdırdı, həm də türk dünyasında yeni bir dövr başlatdı.
Azərbaycanın haqqı olan Zəfər bayramını ürəkdən təbrik edirəm”, - deyə o əlavə edib. (Trend)