Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O, bu addımın bəşəriyyətə qarşı bir təhqir olduğunu qeyd edib.
“Terror təşkilatlarının üzvləri küçələrinizdə dolaşacaq və ondan sonra NATO-ya daxil olmaq məsələsində dəstək istəyəcəksiniz. Belə bir şey ola bilməz. Bunu bizdən gözləməyin. Terror təşkilatları və islam düşmənlərini bu qədər sevib, qoruyursunuz? Bu halda ölkənizin müdafiəsini də onlara həvalə edin”, - deyə Ərdoğan vurğulayıb. (APA)