22.11.2024, 03:36
AZ EN
07.11.2023, 13:43 276

Ermənistan MDB-nin Moskvadakı tədbirini boykot etdi

XƏBƏRLƏR
  • Ermənistan MDB ölkələrinin əvvəlcədən planlaşdırılmış tədbirinə qatılmaqdan imtina edib. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin noyabrın 8-də Moskvada keçiriləcək iclasında iştirak etməyəcək.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Amma Armen Qriqoryanın tədbirdə iştirakdan imtina etməsinin səbəbi açıqlanmayıb.

Xatırladaq ki, son aylıar Ermənistanla Rusiya arasında münasibətlərin pozulması tendensiyası pik həddə çatıb. Belə ki, Qərbin adamı adlandırılan Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanla Rusiya arasında dövlətlərarası münasibətlərdə həm ikitərəfli, həm də Rusiyanın potranajlığı altında fəaliyyət göstərən MDB, KTMT və Avrasiya İqtisadi İttifaqı kimi qurumlarda ciddi fikir ayrılıqları yaranmağa başladı. Ermənistan hökumətinin Rusiya prezidenti Vladimir Putinin həbsini nəzərdə tutan Roma Statutunu ratifikasiya edilməsindən sonra İrəvanla rəsmi Moskvanın münasibətləri daha da gərginləşib. Məhz buna görə təkcə son bir ayda Ermənistan hökuməti həm Rusiya ilə birbaşa, həm də MDB və KTMT çərçivəsində keçirilən tədbirlərdə iştirakdan imtina edib. 

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR