22.11.2024, 13:10
AZ EN
04.05.2022, 16:45 503

Prezident İlham Əliyev: Ermənistanın işğal dövründə ekologiyaya vurduğu zərər vəhşilik və talançılıqdır

XƏBƏRLƏR
  • Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurub. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilib. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılıb. Yəni, bu, faktiki olaraq vəhşilik və talançılıqdır.

Bu fikirləri Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.

“Hər kəs yaxşı bilir ki, Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub - Bəsitçay təbiət qoruğu. O Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilib və mən Zəngilanda olarkən o kəsilmiş ağacların kötüklərini görmüşəm və eyni zamanda, yandırılmış ağacları da görmüşəm. Eyni çirkin əməlləri onlar Kəlbəcər və Laçın rayonlarında müharibədən dərhal sonra etmişdilər. Onlara möhlət verilmişdi o ərazilərdən çıxmaq üçün, iyirmi gün vaxt verilmişdi. O günləri onlar yenə də bəd əməllər üçün istifadə etmişdilər”, - deyə Prezident əlavə edib.

 

Oxşar xəbərlər