22.11.2024, 19:45
AZ EN
07.07.2023, 12:29 313

Samir Hümbətov: "Hədsizlik, barbarlıq, mədəniyyətsizlik nümayiş etdirən "sülhməramlılar"

XƏBƏRLƏR
  • "Azərbaycan-Ermənistan şərti dövlət sərhəddinin Laçın rayonu hissəsində Həkəri çayı üzərində yerləşən körpüdə qurulmuş nəzarət- buraxılış məntəqəsinin yaxınlığında asılmış Azərbaycan Respublikasına məxsus bayrağın Rusiya "sülhməramlıları" tərəfindən dirəkdən sökülərək yerə atılması hədsizlik, barbarlıq və mədəniyyətsizlikdir". Bunu politoloq Samir Hümbətov "Vetensesi.az"a açıqlamasında ifadə edib.

Politoloqun sözlərinə görə, Rusiya "sülhməramlıları" bu hərəkəti etməklə həm də onu göstərmiş oldular ki, Azərbaycanın Qarabağ bölgəsində erməni separatizminin dəstəklənməsi onların maraqlarına xidmət edir: "Rusiya bütün gücü ilə bölgədə gərginliyin davam etdirilməsində maraqlıdır. Bu isə onu deməyə əsas verir ki, 10 Noyabr 2020-ci il sazişi öz hüquqi qüvvəsini itirir.

Görünür, Rusiya "sülhməramlı" qüvvələri bayrağın Azərbaycan üçün nə qədər müqəddəs olduğunu və onun uğrunda can verib, qan tökdüklərini hələ də anlaya bilməyiblər", - deyə S.Hümbətov vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər