O, deyib ki, sülhməramlı qüvvələrin dünya ölkələrindəki tarixi təcrübəsi göstərir ki, onların başlıca məqsədi qarşıdurmaya, qan tökülməsinə yol verməmək, insanları bir-birinə yaxınlaşdırmaq. Etimad mühiti yaratmaq üçün tədbirlər həyata keçirməkdir. Bəs Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə fəaliyyəti bu tələblərə cavab veririmi? Bu suala da cavam aydındır. Qətiyyən yox!
Baş verən bütün qanunsuz hərəkətlər üçün məsuliyyət müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı adlanan hərbi kontigentinin komandanının və onun rəhbərliyinin üzərinə düşür.
Tarixçi alim bildirib ki, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və ekoloji terror əleyhinə dinc aksiyanın təşkili məkanı doğru seçilib. Çünki məhz Laçın-Xankəndi yolu ilə yağmalanan təbii sərvətlərimiz Ermənistana daşınıb, ərazilərimizə silah-sursat, terrorçular gətirlib və s. Aksiya yolda keçirilsə də, humanitar yüklər üçün bağlanmayıb, işləyir. Azərbaycanlılar tarix boyu insanlıq yollarını, mehriban qonşuluğa, əməkdaşlığa aparan yolları bağlamayıb, açıq saxlayıblar. Düşmənçilik yaradan yolları isə birdəfəlik kökündən kəsiblər.
M.Qasımlı daha sonra əlavə edib ki, Aksiya iştirakçılarının tələbləri də ədalətli və qanunidir. Bu gün bütün dünyanın ətraf mühitin qorunmasının zəruriliyindən gur səslə danışdığı bir vaxtda Xankəndidəki cinayətkarlar Arutunyan, Vardanyan və başqalarının Azərbaycanın təbii sərvətlərini talamasının adı quldurluq və vəhşilikdir: “Mədənlərin monitorinqini həyata keçirən hökumət nümayəndələrinə ərazilərimizdə müvəqqəti yerləşmiş Rusiya hərbi kontingentinin komandanı general Volkovun rəhbərliyindən aldığı əmrə əsasən mane olması isə həmin cinayətlərə ortaq olmaqdır, ikiqat yolkəsənlikdir. Bu hərəkətlər isə Azərbaycanın suveren hüquqlarını pozmaq və qanunlarına hörmətsizlik olduğundan cavabının da anladıqları üsulla veriləcəyinə inanıram”.
Millət vəklili vurğulayıb ki, deməli, mədənləri monitorinq etməyə gedənlər vəzifə səlahiyyətlərini yerinə yetirənə, bütün kommunikasiyalar, o cümlədən Ağdərə-Kəlbəcər yolu açılana, Zəngəzurdan keçməklə Naxçıvanla əlaqə qurulana, dinc erməniləri əsir kimi saxlayan, Bakı ilə reinteqrasiyaya imkan verməyən cinayətkarlar Arutunyan, Vardanyan və onların himayədarları ərazilərimizdən rədd olub gedənə, həmin ərazilərimizdə qanunlarımız işləyənə qədər dinc aksiyalar da davam edəcəkdir: “Aksiya keçirilən yol Xankəndiyə aparır. Bu yolun cinayətkarların əsirliyində səslərini çıxara bilməyən ermənilərin də xilasına gətirəcəyinə inanıram. O günə isə çox qalmayıb”.
Hazırladı: Tahirə AĞAMİRZƏ