09.06.2025, 03:26
AZ EN
28.04.2023, 11:39 200

Zahid Oruc: “Rəcəb Tayyib Ərdoğanın öndə olduğu inkaredilməzdir”

XƏBƏRLƏR
  • Sosial Tədqiqatlar Mərkəzi tərəfindən  Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı  Azərbaycanda aparılan ictimai rəy sorğusu keçirilib.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki,  Beyənlxalq təhlükəsizlik sisteminin  yenidən formalaşdığı və ənənəvi dünya nizamının dəyişdiyi hazırkı mürəkkəb şəraitdə Türkiyə Respublikasında 14 may 2023-cü ildə keçiriləcək prezident seçkiləri mühüm tarixi əhəmiyyətə malikdir:  “Seçkilərlə bağlı aparılan obyektiv ictimai rəy sorğularında  əsas rəqiblərin tərəfdar sayı təxminən bərabər qiymətləndirilsə də, ölkə miqyaslı 13 seçkinin qalibi, 20 illik təcrübəsi və beynəlxalq siyasətdə aktiv rolu ilə Rəcəb Tayyib Ərdoğanın öndə olduğu inkar edilməzdir. Seçkilərin nəticələri təkcə Türkiyədə deyil, Balkan ölkələrindən Qərbə, Orta Şərqdən Afrikaya, Türk dünyasından İslam aləminə qədər bəzən türk siyasətində könül coğrafiyası adlandırılan geniş bir məkanda maraqla izlənilir. Təkcə Türkiyə üçün deyil, region ölıkələrin maraqları və beynəlxalq siyasətin gələcəyi baxımından 20 il daxili və xarici siyasətin davam etdirilməsi, yaxud da, kardinal dəyişməsi dünyada geniş müzakirə olunur”.

Komitə sədri daha sonra vurğulayıb ki, şübhəsiz, son 20 illik  dövr Türkiyənin dövlətçilik tarixində  ən sürətli dəyişikliklər miqyası tranformaslarla zəngin olub:  “Türkiyə dövlətinin konistitsion idarəçilik modelinin dəyişməsi lider amilini önə çıxarıb və bu özü-özlüyündə ənənəvi hökumət böhranlarını aradan qaldırıb.  Lakin Türkiyə daxili və xarici  siyasətinin mərkəzində müsətqil və suveren inkişaf  yolu dəyişməyib.  Xüsusilə son 20 ildə Türk xalqının milli dəyərləri əsasında dünyada mövqeyi güclənib.  Daha geniş coğrafiyalarda, məhz mədəniyyət, din və milli ideyalları əsasında əməkdaşlıq farmatları genişlənib. Siyasi qütbləşmə çevrilişlərlə dolu on illərdən sonra siyasət xarici diktə və göstərişlərin çevriliş və hökumət böhranlarının nəticəsində deyil, milli  ənənələr və əxlaqi dəyərlər zəmnində yenidən qurulub. Cəmiyyətin dövlət həyatına nüfuz etməsinə və xalqın öz taleyinin sahibi olmasına  imkanlar artıb.  2002-ci ilin seçkiləri  “Tək başına, iş başına”, 2007-ci il seçkiləri “Durmaq yox, yola davam”, 2011-ci il seçkiləri, “Sabitlik sürsün, Türkiyə böyüsün”,  2015-ci il seçkiləri, “Sən, mən yox, Türkiyə var” , 2018-ci il seçkiləri “Vaxt Türkiyənin vaxtıdır” şüarları, 2023-cü il seçkilərində “Türkiyə yüz ili” devizi ilə ölkənin daxili siyasətindən, xarici vektora doğru yeniləşən prioritetlər cümhuriyyətin  100-cü ilində fərqli vizion və hədəflərlə uzlaşmaqdadır.

Ötən on illər ərzində Türkiyə beynəlxalq siyasi arenada  təkcə öz milli maraqlarını qorumayıb, regionun, Türk və İslam dünyasının mənafelərini müdafiə edib. Türk öz xarici siyasəıtində müşahidəçi rolundan aktiv və beyənlxalq  miqyaslı təsirli ölkə statusuna məhz son 20 ildə yüksəlib. Tarixdə Atatürk dövrü,  Menderes dövrü, Özal dövrü kimi liderlərin  adıyla simvollaşmış siyasi mərhələlər indi  Ərdoğan dövrü üçün  də xarakterikdir. “Dünya beşdən böyükdür” doktirinası beynəlxalq nizamdakı ədalətsizliyə diqqəti çəkib, əzilən xalqların himayəçsisi kimi Türkiyə özünə çoxlu müttəfiqlər qazanıb. Azərbaycan cəmiyyətinin Türkiyəyə xüsusi rəğbəti və ehtiramı Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasının gerçəkləşməsi ilə yanaşı, xüsusi olaraq  Vətən müharibəsində Türkiyənin ölkəmizin  haqlı mövqeyinə davamlı  mənəvi siyasi dəstəyi, sosioloji  tədqiqatlarla da  sübuta yetirilib. Sovetlər birliyinin dağılmasından sonra Azərbaycanın dövlət  müstəqilliyini ilk tanıyan Türkiyə olmasına rəğmən  yalnız son 20 ildə  Azərbaycan və Türkiyə arasında  siyasi münasibətlər strateji  müttəfiqlik səviyyəsinə yüksəlib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər