Bu fikirləri açıqlamasında Pakistanda Mühəndislik və İnformasiya Texnologiyaları Nazirliyində Sufizm Mərkəzinin direktoru Muhamməd Şahid Həbib söyləyib.
"Azərbaycan İslamın və müsəlmanların xeyrinə addımlar atır. Bu, bizim üçün mükəmməl və unikal fürsətdir, gözəl hadisədir. Bakı konfransında dünyanın hər yerindən çox sayda alim iştirak edir və onlar İslam və islamofobiya ilə bağlı bütün aspektlərə toxunur, problemlərdən və onların həlli yollarından danışırlar”, - deyə Sufizm Mərkəzinin direktoru diqqətə çatdırıb. (AZƏRTAC)