Bu sözləri siyasi şərhçi Sahil Kərimli söyləyib.
Bunun bütün Türk dünyasını, Azərbaycan türkü olaraq hər birimizi sevindirdiyini, qürurlandırdığını deən S.Kərimli qeyd edib ki, Türkiyə və Azərbaycan liderlərinin şəxsi dostluq və qardaşlıq əlaqələri münasibətlərimizi zirvəyə qaldırıb. Bu gün ölkələrimiz arasında elə sahə yoxdur ki, yüksək səviyyədə inkişaf etməsin. Xüsusilə də Türkiyə ilə hərbi əməkdaşlıq, yaxın vaxtlarda Azərbaycanda “Bayraktar” mərkəzinin açılması hərbi qüdrətimizi daha da artıracaq.
"Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Türkiyəyə səfəri, “TEKNOFEST” festivalında iştirakı və çıxışı zamanı səsləndirdiyi fikirlər böyük məmnunluqla qarşılanır. Dövlətimizin başçısının Türkiyənin artan hərbi gücü, “Kızılelma” ilə bağlı fikirləri böyük önəm daşıyır. Biz növbəti dəfə qardaş ölkə ilə müttəfiqlik münasibətlərimizi, birgə qüdrətimizi bütün dünyanın diqqətinə çatdırdıq. Əminik ki, Türk dünyasının qürur mənbəyinə çevrilən Türkiyə-Azərbaycan qardaşlığı gələcəkdə daha böyük zirvələri fəth edəcək. Bu, həm də beynəlxalq dairələrə bir mesajdır", - deyə Sahil Kərimli vurğulayıb. (AZƏRTAC)