"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib. O, deyib ki, Baş nazir əvvəlcə katolikosu subaylıq andını pozmaqda günahlandırdı, ardınca casus adlandırdı, indi də onu kilsədə hərc-mərclik yaratmaqda qanunsuz olaraq siyasi fəaliyyətlə məşğul olmaqda ittiham edir: "İttihamların bu cür dəyişməsi prinsiplərin dəyişməsini əks etdirmir. Əksinə, əvvəlcədən müəyyən edilmiş vahid bir məqsədə xidmət edən siyasi davranışı göstərir. Paşinyanın məqsədi kilsəni tamamilə hökumətin nəzarəti altına almaqdır".
Surenyants onu da qeyd edib ki, kilsə hakimiyyətinin xarici qüvvələrin təsiri altında olduğu sübuta yetirilsə, bu, Ermənistan dövlətçiliyini böyük təhlükəyə aparacaq. Onun fikrincə, hakimiyyətlə kilsə arasında uzun müddətdir davam edən qarşıdurma fonunda Ermənistan daxilində ciddi böhran hökm sürür və bu, milli birliyə təsir göstəri: "Qarşıdurmanın bu şəkildə davam etməsi kilsəni ictimai nüfuzdan salır, cəmiyyətdə yeni münaqişənin baş qaldırmasına səbəb olur. Vəziyyət bu cür davam edə bilməz".
Politoloq hesab edir ki, kilsə-cəmiyyət münaqişəsi son dərəcə təhlükəlidir, potensial olaraq hüquq və kimlik böhranına səbəb ola bilər: "Məncə, kilsənin xarici kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham etmək bütövlükdə Ermənistan dövləti və cəmiyyəti üçün çox ciddi fəsadlara yola açır. Ona görə də bütün intriqaları kənara qoyub qarşılıqlıqlı inam və etimadı bərpa etmək lazımdır. Bəli, hər şey dəqiq araşdırılmalı. harada səhvlərə yol verilibsə, qüsurlar aradan qaldırılmalı, orada tarazlışdarıma aparılmalıdır".
Elxan SALAHOV