08.06.2025, 18:03
AZ EN
23.12.2024, 10:42 198

Araikin məşuqəsi Paşinyanı nəğməkar adlandırır

XƏBƏRLƏR
  • "Hraparak"ın 3 il əvvəl yazdığına görə  separatçıların başçısı Araik Harutyunyanın öncə  katibəsi və məşuqəsi, sonra isə məhz onun sayəsində "deputat" olan Metakse Hakopyan "sosial şəbəkələr"də baş nazir Nikol Paşinyana qarşı növbəti hücumunu əks etdirib.

O, yazıb ki, Nikol 7 mahnı oxuyur və  bu mahnıların hamısının müəllifi azərbaycanlıdır. Araik Harutyunyanın 2023-cü il sentyabrın 1-də separatçı rejimin rəhbərliyindən istefa verməsini Nikol Paşinyanın oxuduğu mahnıların mətni ilə həmahəng olduğunu deyən revanşçı Metakse əlavə edib ki, Araikin istefasından 20 gün sonra separatçı rejim təslim oldu və Nikolun istədiyi baş tutdu. Müxtəlif  cəfəng fikirlərlə dolu olan sözügedən yazıda yalnız bir fikir həqiqəti əks etdirir ki, bu da Qarabağın həm de-yure, həm də de-fakto Azərbaycanın olmasının etirafıdır!

N.Qaramanlı

Oxşar xəbərlər