22.11.2024, 12:24
AZ EN
13.05.2024, 20:10 204

Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan Danimarkaya işgüzar səfərə gedib.

Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə bildirib.

Ermənistan hökumətinin başçısı Kopenhagen Demokratiya Sammitində iştirak edəcək.

Kopenhagendə Paşinyanın danimarkalı həmkarı Mette Frederiksen, ölkə parlamentinin spikeri Syoren Qade, eləcə də NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenlə danışıqları planlaşdırılıb. (Report)

Oxşar xəbərlər