21.11.2024, 23:07
AZ EN
07.01.2024, 12:51 308

Ermənistanda demokratiya ölüb

XƏBƏRLƏR

Bu sözləri "Hraparak"ın müxbiri Ara Aloyan bu günkü "Təəssüf ki, öldü..." başlıqlı məqaləsinin sonunda yazıb. Buna qədərsə o, baş nazir Nikol Paşinyanın Sankt Peterburqa səfərini xatırladıb və vurğulayıb ki, Ermənistan hökumətinin başçısı oraya Leninin geyindiyi şapkada getmişdi və soyuqda başıaçıq olan qalib Azərbaycan Prezidentinin yanında büzüşmüş halda idi. Bu isə Nikolun həm siyasi, həm də insani xarakterinin miskinliyini göstərirdi. Belarus prezidentinin isə Putindən diktatorluq öyrəndiyini qeyd edən müəllif daha sonra əlavə edib ki, N.Paşinyan Leninsayağı "şapka" geyinsə də quran, yaradan rəhbərə yox, dəfn yerinə gələn xəstə adama bənzəyirdi. Buna səbəb isə təkcə məğlub olması deyil, həm də öz psixi durumudur. "Ermənistanda olan demokratiya da məhz bu şəxsin sayəsində vəfat etdi", - deyə müəllif ölkənin yaxın onilliklər ərzində də böhran içində olacağını diqqətə çatdırıb.

N.Qaramanlı

Oxşar xəbərlər