22.11.2024, 01:46
AZ EN
14.04.2023, 15:06 295

Ermənistan İstintaq komitəsi Azərbaycanca söyülür

XƏBƏRLƏR

44 günlük müharibədə ölən erməni hərbçilərin valideynləri və qohumları bir neçə gündür ki, istintaq komitəsinin binası önündə oturaq aksiya keçirib ötən il sentyabrın 21-də "Yerablur" hərbi məzarlığında polislərin zorakılığı ilə qarşılaşdıqlarını, qəbirlərin təhqir edildiyini bildirir, günahkarların cəzalandırılmasını tələb edirlər. Ermənistanın istintaq komitəsi isə bu gün "Hraparak"da yayımlanmış bəyanatında onların tələbi ilə araşdırmalar aparıldığını və həmin gün polislərin asayişi təmin etmək üçün öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərdiyini bildirərək sözügedən aksiyanın yalnız ayrı-ayrı ambisiyalı qrupların maraqlarını ifadə etdiyini bildirib.

Aksiya iştirakçıları bu bəyanatdan sonra istintaq komitəsinin rəhbərlərini müxtəlif dillərdə, o cümlədən azərbaycanca söyərək sonadək mübarizə aparacaqlarını bildiriblər.

Aksiya köhnə tələb və yeni söyüşlərlə davam edir.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR