"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün İstanbulda “3+3” platformasının üçüncü iclası zamanı deyib. Onun sözlərinə görə, bu razılaşma iki ölkə arasında etimad quruculuğunu daha da möhkəmləndirəcək: "Bu, Ermənistan və Türkiyə arasında birbaşa uçuşların yaradılması və hava yüklərinin daşınmasına qoyulan qadağaların qarşılıqlı olaraq aradan qaldırılması ilə bağlı artıq icra olunmuş qərarları tamamlayır.
Erməni nazir onu da əlavə edib ki, ölkəsi Marqara keçid məntəqəsinin tikintisini və yenidən texniki təchizatla təmin olunmasını başa çatdırıb.
Xatırladaq ki, bu gün İstanbulda “3+3” regional məsləhət platformasının növbəti iclası keçirilir. Regionun üç iri dövlətini (Rusiya, Türkiyə və İran) və Cənubi Qafqaz respublikalarını özündə birləşdirən formatın üçüncü toplantısına Gürcüstandan başqa üzv ölkələrin hamısının nümayəndələri qatılıb.
Elxan SALAHOV