02.02.2026, 22:48
AZ EN
05.12.2025, 17:01 207

Paşinyan II Qaregini ram edə bilmir

XƏBƏRLƏR
  • Bütün ermənilərin Katolikosu II Qaregin dekabrın 3-də bir günlük patriarxal səfərlə İsveçrəyə gedib. Bundan sonra o, onun Fransanın Marsel şəhərinə səfəri başlayır. Fransadakı erməni diaspor təşkilatlarının cəmləşdiyi şəhərlərdən sayılan Marsel səfəri bu gün başa çatmalıdır.

“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, II Qaregini I Qaregin Təhsil Mərkəzinin direktoru yepiskop Vahan Ovannisyan, Müqəddəs Eçmiədzin Ana Taxtının İnzibati və İqtisadi Departamentinin direktoru yepiskop Muşeq Babayan və başqaları müşayiət edirlər.

Yerli mətbuat yazır ki, II Qareginin məhz bu ərəfədə Avropaya səfəri təsadüfi sayıla bilməz. Son aylar Ermənistanda dini və siyasi hakimiyyət qarşıdurma həddindədir. Rusiya tərəfindən müdafiə olunan kilsə Ermənistanda həm ictimai rəyi, həm də nüfuzunu özünə qaytara bilmir. Üstəlik, artıq bir sıra ruhanilər II Qareginin istefasını tələb edən bəyanatlar səsləndirir və bu prosesin davam edəcəyi gözlənilir. Böyük ehtimalla II Qaregin Paşinyan hakimiyyətinə qarşı xarici və diaspora dəstəyini əldə etmək üçün Avropaya gedib.

Aylardır II Qaregini vəzifəsindən uzaqlaşdırmağa çalışan Baş nazir Nikol Paşinyan isə bütün ermənilərin katolikosuna qarşı apardığı kampaniyaya səfirləri cəlb edib. Hakimiyyətə qarşı müxalif mövqeyi ilə seçilən “Hraparak” qəzeti yazır ki, Baş nazir xaricdə akkreditə olunmuş diplomatlara təmsil olunduqları ölkələrdəki erməni kilsələrinin rəhbərləri ilə izahat işi aparıb onları hökumətin tərəfinə çəkməyi tapşırıb. Nəşrin yazdığına görə, ABŞ-dəki erməni kilsəsinin qərb yeparxiyasının primatı arxiyepiskop Hovnan Tərtəryana II Qareginin vəzifəsindən uzaqlaşdırılacağı təqdirdə katolikos taxtı vəd edilib. Tərtəryan noyabrın 29-da katolikosu istefaya çağıran son petisiyanı imzalayanlardan biridir. Arxiyepiskopla danışıqları Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan aparıb.

Elxan SALAHOV

Oxşar xəbərlər