12.09.2025, 12:22
AZ EN
11.09.2025, 22:26 157

Vaaqn Xaçaturyan: Rusiya artıq Ermənistanı "kiçik qardaş" kimi qəbul etmir

XƏBƏRLƏR
  • Rusiya artıq Ermənistanı "kiçik qardaş" kimi qəbul etmir və ölkələr arasında tərəfdaşlıq münasibətləri qurulub.

Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına müsahibəsində bildirib.

"İndi Rusiya ilə münasibətlər tamamilə fərqlidir - tərəfdaşlıq münasibətləri. Rusiyanın Ermənistana münasibəti böyük-kiçik qardaş münasibəti kimi deyil, sadəcə olaraq tərəfdaşlıqdır. Biz son 4 ildə əslində buna nail olmağa çalışmışıq", - Xaçaturyan deyib.

Prezidentin sözlərinə görə, İrəvan "rusiyalı həmkarlarının Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə almasını" istəyir. (Report)

Oxşar xəbərlər