22.11.2025, 05:56
AZ EN
21.11.2025, 19:35 127

Paşinyan Qazaxıstan parlamentinin spikeri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Astanada Qazaxıstan parlamentinin spikeri Yerlan Koşanovla regional məsələləri müzakirə edib.

Bu barədə Ermənistan KİV-i baş nazirin offisinə istinadən məlumat yayıb.

"Tərəflər Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının regionda əməkdaşlığın inkişafı və ticari-iqtisadi əlaqələrin irəliləməsi üçün yeni imkanlar yaradacağına əminliyini bildiriblər", - məlumatda deyilir.

Onlar həmçinin Ermənistan-Qazaxıstan əlaqələrini müzakirə edib, iki ölkə arasında yüksək səviyyədə siyasi dialoqun və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətini qeyd ediblər. (Report)

Oxşar xəbərlər