22.11.2024, 09:41
AZ EN
16.01.2024, 13:12 233

Ermənilər hərbi xidmətə getməmək üçün büdcəyə pul ödəyəcək

XƏBƏRLƏR
  • Ermənistan parlamenti hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Hayk Sarkisyanın 27 yaşı tamam olan, amma hərbi xidmətdən yayınanların cinayət məsuliyyətinə cəlb olunmaması üçün hazırladığı və təqdim etdiyi layihəni 3-cü oxunuşda qəbul edib.

Bununlada 27 yaşı tamam olan, amma hərbi xidmətdən yayınan gənclər cinayət məsuliyyətinə cəlb edilməyəcək. Əvəzində isə hərbi xidmətə yollanacaqlar. İki il xidmət edənlər büdcəyə pul ödəməyəcəklər.Bir il xidmət edənlər büdcəyə 2,5 milyon,6 ay xidmət edənlər 5 milyon, bir ay xidmət edənlər 8 milyon dram vəsait ödəyəcəklər. Hərbi xidmətdə olmaq istəməyənlər isə dövlət büdcəsinə 15 milyon dram ödəməlidir.

Qanunda o da göstərilir ki, 27 yaşı tamam olandan sonra Ermənistanın vətəndaşlığını qəbul edən şəxs ya 12 ay məcburi həqiqi hərbi xidmətdə olmalı,ya da dövlət büdcəsinə 2,5 milyon dram ödəməlidir. Agentlik əlavə edib ki, 67 deputat bu qanunun qəbul olunmasının lehinə,27 nəfər əlehinə səs verib, 6 nəfər isə bitərəf olub.

Xatırladaq ki, hazırda Ermənistanda 1 dollar 407 drama bərabərdir.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR