25.11.2024, 21:13
AZ EN
20.10.2023, 17:54 217

Türkiyəli ekspert: “Azərbaycan Qafqazda daimi sülh üçün çalışır və ədalətli mövqe tutur”

XƏBƏRLƏR
  • “Qafqazda daimi sülhün bərqərar olması üçün Azərbaycanın davranışları ədalətli və nümunəvidir”.

Bunu Türkiyənin Strateji İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfinin (SETA) sədri Burhaneddin Duran bildirib.

Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar verdiyi bəyanatları Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün müsbət addım hesab etmək olar:

“Təbii ki, bunun üçün sərhədlərin dəqiq müəyyən edilməsi, hansı ilin xəritəsinə istinad olunması, Zəngəzur dəhlizinin açılması çox önəmlidir. Bu proseslərdə tərəflərin bir araya gəlmələri başlanğıcdır. Tərəflərin intiqam, nifrəti davam etdirmək yox, eyni coğrafiyada sülh və sabitlik içində yaşamaları üçün müvafiq həll yolunu tapmaları vacibdir. Bu baxımdan Azərbaycan ədalətli təkliflər irəli sürür”.

Ekspert söyləyib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası üçün sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri təqdirəlayiqdir. (Report)

Oxşar xəbərlər