09.06.2025, 17:36
AZ EN
02.03.2025, 08:00 206

Ermənistanda futbol azarkeşləri polislə dava edib

XƏBƏRLƏR
  • Ermənistanın Çarentsavan şəhərində futbol matçı zamanı azarkeşlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında əlbəyaxa dava olub.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat yayıb.

"Futbol meydançasında insident baş verib, lakin polis əməkdaşları hadisənin sonrakı inkişafının qarşısını ala biliblər. Beş nəfər izahat vermək üçün Çarentsavan polis şöbəsinə dəvət edilib", - Sarkisyan bildirib.

Hadisə ilə bağlı saxlanılan olmayıb.  (Report)

Oxşar xəbərlər