21.11.2024, 22:36
AZ EN
06.03.2024, 12:59 304

Fransa səfiri: İranla fikir ayrılığımız var, amma Ermənistanla bağlı eyni mövqedəyik

XƏBƏRLƏR
  • İranla bir çox məsələdə fikir ayrılığımız var, amma Ermənistanla bağlı eyni mövqedəyik.

Bunu Fransanın Ermənistandakı səfiri Olivier Decottignies "Armenpress"ə müsahibəsində deyib.

Səfir Fransanın Rusiyanın Cənubi Qafqazda rolunu zəiflətmək cəhdləri ilə bağlı sualı cavablandırarkən bildirib ki, Fransa bu məsələyə təsir dairələri baxımından deyil, hər bir dövlətin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq hüququ baxımından yanaşır: “Son bir neçə ildə Ermənistanın qonşu dövləti İran da dəfələrlə Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını bildirib. İranla bir çox məsələlərdə fikir ayrılığımız var, lakin bu, razılaşdığımız bir məsələdir”, - fransalı diplomat deyib. (APA)

Oxşar xəbərlər