Parlamentin korrupsiyaya qarşı mübarizə komissiyasının yanvarın 24-dəki iclasında sözügedən məsələyə kəskin münasibət bildirilsə də, bunun işin keyfiyyətinə və sürətinə maneə olduğunu vurğulasa da heç bir tədbir görülməyib. Məqalənin müəllifi Lusine Şahverdiyan bütün bunların hakimiyyətin səriştəsizliyindən və tərəfkeşliyindən baş alıb getdiyini yazaraq sonda belə bir qənaətə gəlib ki, parlamentdə qanunlar pozulursa, başqa sahələrdən düzgün iş tələb etmək yalnız feodal düşüncə ilə mümkündür. Ermənistan hakimiyyəti isə üzdə demokratiyadan danışsa da əməlləri bunu təkzib edir.
N.Qaramanlı