20.09.2024, 13:00
AZ EN
07.06.2023, 07:03 296

Nikol çox bədbəxt adamdır

XƏBƏRLƏR

"Hraparak"ın müxbiri Hasmik Babacanyanın bu başlıqla dərc olunmuş məqaləsində deyilir: "Sözün həqiqi mənasında Nikol Paşinyan çox bədbəxt adamdır."arsax" da, Ermənistanda adamların ondan qaçdığını başa düşürük. Əgər o, fiziki cəhətdən mövcud olmasa idi, adamlar tərəddüd etmədən deyərdilər ki, nəyimizə gərəkdir, təhvil verək getsin. Amma bədbəxt və gərəksiz olana baş qoşmağa dəyərmi?". Müəllif daha sonra onu ərazi ilə müqayisə edərək yazır ki, "özü ərazi təhvil verdikdən sonra "bədbəxt və sarsılmış" olduğunu dilə gətirir". Ermənistanda və "arsax"da bunu başa düşürük ki, onu niyə "şüşəyə salıblar". Amma Türkiyədə və Azərbaycanda o, heç olmasa  qınanmamalıdır", - deyə müəllif iddia edir ki, Nikol Paşinyan guya Ermənistanın xeyli münbit torpağını Azərbaycana bağışlayıb və bu davam edəcək.

Türkiyə Prezidenti R.T.Ərdoğanın andiçmə mərasimində Nikoldan başqa hamının gülərüzlü olmasını vurğulayan müəllif əlavə edir ki, həm Azərbaycan, həm də Ermənistan mətbuatı Nikolun bədbin duruşu barədə müxtəlif yazılar, şəkillər dərc edib yayır. Ermənistan mətbuatının niyə belə etdiyini başa düşdüyünü deyən jurnalist qadın belə bir fikri xüsusi vurğulayır ki, Azərbaycan mətbuatı Nikolu tənqid etməməlidir, çünki o, öz fəaliyyəti ilə onlara çox yaxşılıqlar edib. Qəribə məntiq deyilmi?

N.Qaramanlı

Oxşar xəbərlər