- Adının önünə "müqəddəs" ləqəbi yapışdırılan keşiş Bağrat Qalstyan dünən axşam Müqəddəs Anahid kilsəsinin həyətində keçirilən etiraz mitinqində bir neçə revanşçının çıxışından sonra bir gün əvvəl verdiyi sözə əməl etməyərək yenidən səsgücləndiricini ələ alaraq sərsəmləmələrini davam etdirib. Deyib ki, Paşinyanın komandası satqındır və danışıqlarda yalnız təslimçi mövqedən çıxış edir. Bölgədəki reallığı 18-ci əsrdəki rus-fransız-yunan dəstəyindən irəli gələn düşüncə ilə qavrayan keşiş yenidən vurğulayıb ki, hamı "Vətən naminə Tauş" hərəkatında əsgər olmalı və fürsət düşəndə müharibəyə qoşulmalıdır.
Xatırladaq ki, ermənilərin müqəddəs adlandırdığı Anahid dünyada ilk əxlaqsızlıq yuvası təşkil edən hay qadındır və bu həm yunan tarixçilərin, həm də Avropa alimlərinin əsərlərində geniş təsvir edilib.
Göründüyü kimi, əxlaqsızlıq hayların həm mənəvi, həm də siyasi mentalitetinin özəyini təşkil edir.
Nəsib Qaramanlı