Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı məhv edilən hərbçilərinin adını açıqlayıb. Azərbaycan Ordusunun məhv etdiyi hərbçilər Andranik Antonyan və Arsen Mkrtçyandır.
Xatırladaq ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə üç hərbi qulluqçumuz yaralanıb. (Trend)