"Hraparak" bu gün xəbər verib ki, Fransanın Ermənistandakı səfiri ali təhsil və elm baş idarəsinin rəhbəri Sarkis Hayoçyanla birgə aqrar universitetin rektoru vəzifəsini icra edən Hraçya Zakoyanın müşayiəti ilə aqrar universitetin binasındakı şəraitlə tanış olub. Zakoyana tapşırılıb ki, dərs ili başlayanadək onlar üçün ayrılmış yerə köçsünlər. Bu binada isə Fransa universitetinin tələbələri, müəllimləri yerləşdiriləcək. Aqrar universitetin kollektivi narazılıq etsə də hakimiyyət Fransa səfirinin istəyinə dəstək verib və bu, ciddi narazılığa səbəb olub. Bildirilib ki, İrəvana şəhər bələdiyyəsi yox, Fransanın səfiri rəhbərlik edir.
N.Qaramanlı