20.10.2024, 03:45
AZ EN
03.08.2023, 12:10 285

Ermənilər BQXK-nin ofisini mühasirəyə aldılar

XƏBƏRLƏR
  • Xankəndi şəhərində yaşayan bir qrup erməni Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisinə girişi bağlayaraq, binanı mühasirəyə alıb.

“Vətən səsi” xəbər verir ki, bu barədə “Hayeli” nəşri məlumat yayıb. Bildirilib ki, aralarında Xocalı qatili Vaqif Xaçaturyanın qızının da olduğu etirazçı dəstə BQXK əməkdaşlarını ofisə buraxmayıblar. Məlumata görə, etirazlara səbəb BQXK-nin Xaçaturyanın həbsinə "göz yumması" və onunla bağlı məlumatların verilməməsi olub.

Xankəndidəki qondarma rejimin “polisləri” əraziyə cəlb olunub.

Xatırladaq ki, Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

O, erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməkdə şübhəli bilinir. Həmin hadisələr zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Hazırda Azərbaycanda həbsdə olan erməni cinayətkar Vaqif Xaçaturyan ailəsinə məktub göndərməkdən imtina edib. Belə ki, komitənin Bakı Ofisinin nümayəndələri ona baş çəkərkən ailəsinə məktub yazmaq təklif olunub. Erməni cniayətkar isə BQXK nümayəndələrinin təklifini rədd edib.

Elxan SALAHOV

Oxşar xəbərlər