Bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, görüşdə Ermənistan-NATO əməkdaşlığı, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.
"Baş nazir Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələrə və sülh prosesinə toxunub", Ermənistan Baş nazirinin Ofisindən məlumat verilib. (APA)