20.09.2024, 05:03
AZ EN
05.03.2024, 14:59 215

Qarabağdan köçənlər aksiya keçirir

XƏBƏRLƏR
  • Əksəriyyəti Kəlbəcər və Zəngilan işğaldan azad olunduqdan sonra İrəvanda məskunlaşan ermənilər bu gün hökumət binasının önündə etiraz aksiyası keçirir.

Bu xəbəri yayan "Hraparak" əlavə edib ki, etirazçılar onlara verilmiş sertifikatdakı 280 min dramın 200 minin kommunal xərclər və kirayə haqqı ödədikləri üçün geridə qalan vəsaitlə dolana bilmədiklərini vurğulayır və onlara daha bir sertifikat verilməsini, yaxud mənzillə təmin olunmalarını tələb edirlər. Aksiya iştirakçılarından bir qadın müxbirə deyib ki, 8 uşaq anasıdır. Hazırda ailəsi 6 nəfərdən ibarətdir və yalnız 1 oğlu işləyir. Kirayə haqqını ödəyə bilmirlər. Heç olmasa iki otaqlı mənzil, ya da daha bir sertifikat verilsin ki, ailəsi birtəhər dolansın.

Sonda vurğulanır ki, etirazçılar artıq 10 gündür müraciət etmələrinə baxmayaraq hakimiyyət onların nümayəndələrini qəbul etməyib.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR