08.02.2025, 01:18
AZ EN
22.09.2023, 16:19 325

Ermənistanda 350 nəfər saxlanılıb

XƏBƏRLƏR

"Hraparak"ın saat 15.28-də verdiyi məlumata görə, İrəvanda hökumət əleyhinə aksiya keçirənlərin 350 nəfəri saxlanılıb. Xəbərə görə, onların çoxu 72 saat polis şöbəsində olacaq və həmin müddətdə istintaq komitəsi müvafiq araşdırma aparacaq. Nəticədə barəsində həbs qətimkan tədbiri seçilənlərin sayı da arta bilər. O da vurğulanıb ki, milli təhlükəsizlik xidmətinin rəsmiləri əhaliyə müraciət edərək şayiələrə uymamağa çağırıb. Xüsusi vurğulanıb ki, Qarabağdan gəlmiş ermənilər aksiyaya qoşulmaqla öz durumlarını çətinləşdirir. Sözügedən aksiya ilə yayılmış videoçarxların birində polis Qarabağdan gəlib İrəvanda "arsax" deyə qışqıran cavana deyir ki, orada qalıb vuruşardın, qaçıb gəlmisən, indi cəsarətlənmisən.

Agentlik əlavə edir ki, bu gün saat 21.30-da şəhərdə sakitlik təmin olunması üçün aksiyalar dayandırılmasa hökumət ciddi addımlar atmağı qərarlaşdırıb.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR