25.06.2025, 07:49
AZ EN
11.02.2025, 10:49 328

Könüllülərin maaşları azaldılıb

XƏBƏRLƏR
  • "Hraparak" özünün etibarlı mənbəyinə istinadən yazıb ki, könüllü müqavilə ilə sərhəddə və digər strateji mövqelərdə xidmət edənlərin maaşları 200 min dramdan 120-130 min drama endirilib və bu, onların bəzilərini müqaviləni ləğv etmək barədə düşünməyə vadar edir.

Əlavə olunub ki, şəhər küçələrində patrulluq edən orta təhsilli polislərə isə ayda 400 min və daha çox dram maaş verildiyi halda daim ölüm təhlükəsi ilə üz-üzə duran müqaviləli könüllülər həm də maddi sıxıntılara məruz qalıblar. Agentlik sözügedən məsələ ilə bağlı müdafiə nazirliyinin mətbuat xidmətinə müraciət edərkən isə müqaviləlilərin maaşlarının fərdi qaydada müxtəlif səbəblərdən azala bildiyini açıqlayıblar.

"Belə davam edərsə heç kəs müqaviləli hərbçi olmaq istəməz", - deyə sonda vurğulanıb.

Nəsib

Oxşar xəbərlər