22.11.2024, 09:48
AZ EN
22.12.2023, 16:00 244

Ermənilər, doğrudanmı, peşman olublar?

XƏBƏRLƏR

Ermənistanın baş naziri Nikol Paşinyan dörd gün öncə İctimai televiziyaya verdiyi müsahibəsində ona qarşı çıxan və istefasını tələb edən müxalifəti siyasi savadsızlıq, reallıqdan uzaq düşüncəlilər adlandırmaqla özünün və komandasının buraxdığı səhvləri də diqqətə çatdırıb. O, deyib ki, əgər Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın Azərbaycanın ərazisi olduğunu baş nazirliyə başladığı zaman açıqlasa idi, nə 44 günlük müharibədə olardı, nə də haylar Qarabağdan buraya köçürdülər. Hazırda reallığın 5-6 il əvvəlkindən tam fərqli olduğunu müxtəlif faktlarla diqqətə çatdıran N.Paşinyan xüsusi vurğulayıb ki, indi əsas məsələ Ermənistanın mövcudluğu üçün fəaliyyət göstərməkdir və ölkənin maraqlarını icrası mümkün olmayan ideyalara qurban vermək olmaz.

Xəbəri yayan Arm.NewsNor agentliyi əlavə edib ki, vaxtilə separatçı rejimə inanan bir  çox erməni indi öz əməllərindən peşman olub.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR