11.02.2026, 19:27
AZ EN
11.02.2026, 17:34 41

Ermənilər qondarma "soyqırımı"na görə Vensə hiddətlənib

XƏBƏRLƏR
  • ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin İrəvanda səfərdə olarkən qondarma "erməni soyqırımı" abidəsini ziyarətindən foto paylaşması və ardınca da silməsi Ermənistanda narazılıqla qarşılanıb. Sosial şəbəkələrin erməni seqmentində bununla bağlı müzakirələr ermənilər ABŞ rəsmisinin bu addını isləyərək onu İrəvanda olarkən Ermənistanın maraqlarına zidd hərəkət etməkdə qınayıblar.

"Vətən səsi" xəbər verir ki, sosial şəbəkələrdə və mediada davam edən müzakirələrə Paşinyan hökumətinin əleyhinə təbliğat aparan ictimai fəallara bəzi siyasətçilər də qoşulub. Ermənistan parlamentindəki müxalif "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan da Vensin bu addımından narazılığını bildirib. Deputat deyib ki, ABŞ-ın ikinci şəxsinin sosial mediada paylaşdığı fotonu silməsi qondarma erməni soyqırımını inkar etmək deməkdir: "ABŞ-ın vitse-prezidentinin regiona səfərinə müxtəlif qiymətlər verilsə də,  "soyqırımı" qurbanlarının xatirə kompleksinə edilən ziyarət zamanı yaşanan xoşagəlməz epizod nəzərdən qaçmamalıdır. Vensin bu səfəri həm də "soyqırımı" abidəsini ziyarətdən çəkilən fotonu paylaşması, hələ İrəvanda ikən onu silməsi və narahatedici redaktədən sonra yenidən dərc olunması ilə yadda qaldı. Bu səfər Ermənistanda belə xatırlanacaq”.

Respublikaçılar Partiyasından olan revanşist deputat Tiqran Abramyan isə Ceyms Devid Vensi qondarma erməni soyqırımını inkarda ittiham edib. O, hakimiyyəti Vensin bu addıma ABŞ-dan izahat tələb etməyə çağırıb.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da həyat yoldaşı Uşa Venslə İrəvanda qondarma "erməni soyqırımı abidəsi"nə baş çəkib. Vitse-prezidentin X hesabında bununla bağlı "erməni soyqırımı" ifadəsinin yer aldığı paylaşım edilsə də, qısa müddət sonra tvit tamamilə silinib. Vitse-prezidentin mətbuat katibi Teylor van Kirk bundan sonra Vens və xanımının ziyarəti ilə bağlı yenidən paylaşım etsə də, burada "erməni soyqırımı" ifadəsinə yer verilməyib.

Elxan SALAHOV

Oxşar xəbərlər