"Hraparak" yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasına gedərkən onun karteci bir neçə sürücünün yolu kəsməsi nəticəsində dayanmağa məcbur olub. Polisin müdaxiləsindən sonra yol açılıb və baş nazir iclasa gecikib.
İclasda 3-ü məxfi olmaqla 39, ən çox isə dövlət satınalmalar barədə söhbət gedib.
Baş nazir ölkədəki son durumla bağlı danışarkən yenə də Azərbaycanın dəhliz məsələsi ilə mövqeyi barədə əsassız fikirlər səsləndirib. Bir daha aydın olub ki, iqtisadi tənəzzül dövründə yaşayan Ermənistan, necə deyərlər, haqq yoluna dönmək əvəzinə uçuruma düşməyi daha məqbul hesab edir.
Nəsib