05.02.2025, 12:41
AZ EN
05.02.2025, 09:48 109

Paşinyan Vaşinqtonda KTMT-dan şikayətlənib

XƏBƏRLƏR
  • Dini azadlığa həsr edilmiş toplantılarda iştirak etmək üçün fevralın 3-dən ABŞ-da işgüzar səfərdə olan hay baş nazir Nikol Paşinyan "Antlantic council" çərçivəsində keçirilən tədbirdə KTMT ilə bağlı fikirlərini açıqlayarkən deyib ki, biz həmin qurumda təmsil olunsaq da onun tədbirlərində iştirak etmirik.

O, bunun səbəbini 44 günlük müharibə zamanı həmin təşkilatın Ermənistana yardım etməməsi ilə bağlayaraq hazırda bütün sahələrdə yeni müttəfiqlər axtarışında olduqlarını vurğulayıb.

Xatırladaq ki, Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan KTMT ilə münasibətlərin korlanmasında məhz hayları günahkar hesab edərək ajiotaj yaradan belə bir fikir söyləyib ki, ruslar ermənilərə dövlət yaratmaqla Güney Qafqazda virusun bünövrəsini qoyub.

N.Qaramanlı

Oxşar xəbərlər