19.11.2025, 20:03
AZ EN
26.01.2023, 10:47 549

Ermənistan prokurorluğu yanğınla bağlı həbslərə qərar verib

XƏBƏRLƏR
  • "Erməni hərbçilərin yataqda hansı səbəbdən yanıb külə dönmələri ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Baş prokurorluq isə bunun qarşısını almaq üçün təsirli tədbirlər həyata keçirməyi qərarlaşdırıb". Bu sözləri "İravunk" ("Hüquq") qəzeti yanvarın 26-da saytda yerləşdirilmiş "Prokurorluq yanğının avtobenzinlə ocaq qalanması nəticəsində baş verdiyini təsdiqləyib" başlıqlı məqalədə yazıb.

Bildirilir ki, bununla bağlı dünən müvafiq qərar qəbul edilib, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandir müavini-arxa təminat və kommunal istismar xidmətinin rəisi Q.A.-na qarşı Ermənistan Cinayət Məcəlləsinin 550 maddəsinin 3-cü - "hərbi qulluqçunun səhlənkarlığı nəticəsində insan ölümünə səbəb olma" bəndi ilə cinayət işi açılıb və o, həbs edilib.

Baş prokurorluq onu da açıqlayıb ki, buna qədər İstintaq Komitəsinin baş hərbi istintaq idarəsinin əməkdaşları hadisə yerində olaraq ətraflı təhqiqat işləri aparıblar.

Məqalədə daha sonra vurğulanır ki, təkcə külə dönən hərbçilərin doğmaları deyil, ictimaiyyət bütövlüklə hadisənin səbəblərinin obyektiv qiymətləndirilməsini, müdafiə nazirinin də məsuliyyətə cəlb olunmasını istəyir. Müxalifət rəhbərləri isə bununla bağlı müxtəlif aksiyalar keçirmək üçün danışıqlara başlayıblar.

NƏSİB

P.S. Azərbaycan televiziyasında göstərilən videoçarxa görə, erməni əsgərlərin yandığı ev Göyçə mahalından qaçqın düşmüş Həsənovlar ailəsinə məxsusdur.

Oxşar xəbərlər