20.09.2024, 02:07
AZ EN
27.10.2023, 12:43 277

KİV: Anti-Rusiya əhvalı Paşinyanın partiyasında parçalanma yarada bilər

XƏBƏRLƏR
  • Ermənistan Baş naziri Nikol Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasında anti-Rusiya əhval-ruhiyyəsinin dərinləşməsi və bəzi üzvlərin onlarla razılaşmaması partiyada parçalanmaya səbəb ola bilər.

Bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qəzetin yazdığına görə, partiya üzvlərinin Baş nazirlə dərin, lakin hələ ki dinc fikir ayrılığı var.

“Onlar bir-birləri ilə söhbətlərdə Paşinyanı və onun anti-Rusiya komandasını tənqid edirlər, lakin hələ ki açıq şəkildə heç nə bildirməyiblər”, - qəzet aydınlıq gətirir. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR