"Hraparak" xəbər verir ki, Ermənistanla Amerikanın birgə layihəsi olan Arazdəyən Metal zavodunun tikintisi bu ilin sonunadək başa çatmalı idi. Amma öncə Azərbaycan ekofəallarının etirazı, sonra isə hərbi müdaxiləsi nəticəsində tikinti işləri dayandırılıb. Atışma nəticəsində isə iki inşaatçı yaralanıb, inşaat texnikası yararsız hala düşüb və inşaat işləri dayandırılıb. Müxbir metal zavodunun başqa ərazidə tikiləcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirilməsi üçün baş nazirin müavini Mher Qriqoryana müraciət edib. Hökumət rəsmisi bildirib ki, sözügedən məsələyə münasibət müxtəlifdir və zavodun harada tikiləcəyi barədə konkret fikir söyləmək çətindir.
Nəsib