Artıq eks-prezident olan Salome Zurabişvili ötən gecəni Orbeliani sarayındakı iqamətgahında keçirmək qərarına gəlib. Bu gün saat 10:00-da o, gələcək planlarını açıqlayacaq.
Qeyd edək ki, Kavelaşvili Gürcüstanın ölkə əhalisi tərəfindən birbaşa seçilməyən ilk prezidenti olub. O, 300 nəfərdən ibarət Seçicilər Kollegiyası tərəfindən seçilib.
Kavelaşvilinin 53 yaşı var, onun 18 ilini futbola həsr edib. O, 2016-cı ildə hakim “Gürcü arzusu” partiyasının siyahısı ilə parlamentə daxil olaraq siyasətə qədəm qoyub. (Caliber)