Bu barədə “Sputnik-Ermənistan”a "Zvartnots" hava limanının mətbuat katibi Lusine Moqrovyan bildirib.
Xüsusilə, Tümendən gələn təyyarə (“Utair”) Mineralnıye Vodıda, Nijni Novqorod reysini (“Red Wings”) yerinə yetirən təyyarə isə Tbilisidə eniş edib.
“Armenian Airlines”ın təyyarəsi bir neçə dövrə vurduqdan sonra Gümrüdə eniş edib.
Bundan başqa, havanın yaxşılaşmasını gözləyən Şarm əl-Şeyx (“Air Cairo”), Larnaka (“Wizzair”), Əbu-Dabi (“Wizzair”), Dubay (“Fly Dubai”) və Şarjadan (“Air Arabia”) gələn reyslər İrəvan səmasında dövrə vurmağa davam edir. (Report)