25.06.2025, 01:02
AZ EN
30.12.2023, 10:31 339

Rus sülhməramlıları Qarabağdan gedəcək

XƏBƏRLƏR

Bu ilin son şənbəsinin səhəri də Azərbaycana qarşı erməni yalanları ilə açılıb. Amma bir reallığı əks etdirən hal da var. Bu isə rus sülhməramlıların 2025-ci ildən sonra Qarabağda qalıb - qalmayacağı barədədir. "Hraparak" yazır ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluqin Azərbaycandan olan həmkarı ilə sözügedən məsələyə dair danışıqlar aparır. Danışıqların detalları məlum olmasa da faktdır ki, həmin məsələyə Ermənistan daxil edilməyib, buna səbəb isə ermənilərin Qarabağdan köçüb getməsidir və Ermənistan artıq maraqlı tərəf kimi tanınmır.

Agentlik sonda vurğulayır ki, Azərbaycan rus sülhməramlıların bölgədə qalmasına ehtiyac duymur və öz rəsmi mövqeyini bir il yarımdan sonra açıqlayaraq rus məramlılarının mandatını uzatmayacaq.

N.Qaramanlı

Oxşar xəbərlər