Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Çoxları onları yıxmaq istəyir. Bir çoxları onlara zərər vermək üçün çox şey edib”, - o bildirib.
M.Zaxarova əlavə edib ki, Rusiya bəzən ona ünvanlanan təhqiredici bəyanatlara baxmayaraq, bu cəhdlərin nəticəsiz qalması üçün hər şeyi edib:
“Ermənistanla bütün sahələrdə münasibətlər bir sıra səbəblərə görə Rusiya üçün həmişə prioritet olub: tarixi, iqtisadi, o cümlədən geosiyasi. Onlar həmişə bərabər hüquqlar, maraqların qarşılıqlı nəzərə alınması, regiondakı vəziyyətin mürəkkəbliyini dərk etmək üzərində qurulub”. (Report)